Ucarda yük maşını aşdı

23:18 27-09-2019 825

Ucarda yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Bakı-Qazax yolunun 220 kilometrliyinidə, rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı yük maşını Ucar istiqamətində hərəkətdə olarkən arxadan gələn mişar daşı ilə dolu "Kamaz" markalı yük maşını ona çırpılıb. Nəticədə, "Kamaz" yoldan çıxaraq aşıb. 

Hadisə zamanı "Kamaz"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti ilə Ucar RMX-na yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.