Sükan arxasında pul sayan sürücü avtomobili divara çırpdı - FOTO

23:45 27-09-2019 451

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər yaralanıb.

HerGun.Az xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesinində, "Ekologiya postu"nun yaxınlığında qeydə alınıb. 

Nicat Ağayev idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı divara çırpılıb.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü N.Ağayev sükan arxasında pul sayarkən avtomobil idarəetmədən çıxıb və bu zaman qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli,
Elşad Mətləboğlu