Göygöldə ağır qəza: üç nəfər öldü - FOTO

00:00 28-09-2019 383

Göygöldə avtomobil qəzası baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, "Jiquli" avtomobili ilə yük maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb. 

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını cəlb olunub.