Bakıda tanınmış prodüser qəzaya uğrayıb - FOTO

03:36 28-09-2019 454

Nərimanov rayonunda 2 avtomobil toqquşub. 

HerGun.Az-ın məlumatına əsasən,  hadisə Təbriz küçəsində baş verib. Belə ki, Təbriz küçəsində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq sağa dönmə əməliyyatı edib. Bu zaman əks yolda hərəkətdə olan və Faiq Ağayevin idarə etdiyi "Nissan" markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Qeyd edək ki, Faiq Ağayev tanınmış prodüserdir. 

Faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli 

Elşad Mətləboğlu