Trampın birinci arvadı dördüncü sevgilisindən də ayrıldı - FOTO

16:00 27-06-2019 679

ABŞ Prezidenti Donald Trampın 70 yaşlı birinci arvadı İvana Tramp “Page Six” agentliyinə sevgilisindən ayrıldığını söyləyib.

İvana özündən 23 yaş kiçik olan italyan aktyor Rossano Rubikondi ilə 15 ildən çox münasibətdə olub. 2008-ci ildə Mar-a-Loqoda üç milyon dollar dəyərində dəbdəbəli toy məclisi təşkil edən cütlük bir il sonra ayrılıb.

Bir neçə il keçdikdən sonra İvana ilə Rossano yenidən münasibətlərini bərpa etsələr də, bərabər yaşamaqdan imtina ediblər.

Qeyd edək ki, bu, İvananın sayca dördüncü evliliyidir. Onun ABŞ Prezidenti Donald Trampdan üç övladı (Donald Con-Tramp, İvanka Mari Tramp və Erik Frederik Tramp) var. 

Rəşad Əliyev