Manikür etdirən qadın ölümcül infeksiyaya yaxalandı

17:54 28-09-2019 543

ABŞ-ın Tenessi ştatının Noksvill şəhər sakini Ceyn Şarp manikür salonunda ölümcül infeksiyaya yaxalanıb.

Qadın deyib ki, manikür zamanı usta onun barmağını zədələyib, amma o, buna əhəmiyyət verməyib. Ancaq bir neçə saatdan sonra barmağı şişməyə başlayıb və səhər şiş artıq dirsəyə qədər yayılıb.

Qadın xəstəxanaya gedib və ona nekrotik yara diaqnozu qoyulub. Bu, olduqca sürətlə dərinin üst qatına və dərialtı toxumaya yayılan çox nadir bakterial infeksiyadır.

Həkimlərin dediyinə görə, qadın həkimə gec müraciət etsəydi, bütün qolunu itirə bilərdi. 

O, manikür salonunu məhkəməyə verib.