Qaxda göldən kişi meyiti tapıldı

22:18 28-09-2019 404

Qaxda göldən kişi meyiti tapılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, bu gün axşam saatlarında rayonun Lələli kəndi ərazisində olan göldən kişi meyiti çıxarılıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Meyiti tapılan şəxsin Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Asiman Ağəli oğlu Məmmədov olması məlum olub.

Hadisənin hansı şəraitdə baş verməsi bəlli deyil.

Fakt araşdırılır.