Tovuzda avtomobil çuxura düşdü, sürücü yaralandı - FOTO

23:45 28-09-2019 399

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Hələlik şəxsiyyət naməlum qalan sürücü idarə etdiyi “Great Wall” markalı avtomobilin idarəetməsini itirərək maşını yol kənarında qazılmış çuxura salıb.

Yaralanmış sürücü Tovuz Tayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.