Bakıda Türkiyə vətəndaşı piyadanı vurub

08:45 29-09-2019 475

Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Yüsif Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Rəsulov Əkrəm Mütəllim oğlu piyada üçün müəyyən edilməyən hissədən keçərkən onu Türkiyə vətəndaşı (hələlik ad və soyad bilinmir)  idarə etdiyi “Toyota” markalı avtomobillə vurub.  Sürücü ağır vəziyyətdə olan yaralını özəl xəstəxanaların birinə yerləşdirib.

Həkimlərin verdiyi məlumata görə, Ə.Rəsulovun vəziyyəti ağırdır.