Ukraynada ikibaşlı qız doğulub
09:09 29-09-2019 488
Ötən gecə Ukraynanın cənub-qərbində ikibaşlı uşaq dünyaya gəlib.
Bu barədə “UNİAN” xəbər agentliyi məlumat yayıb.
Qeyd edilir ki, qızın bir bədəni üzərində iki başı var.
Siam əkizi doğulan xəstəxananın baş həkiminin sözlərinə əsasən, normadan yayınma hələ ultramüayinə zamanı müəyyən edilmişdi. Lakin ilk doğuşunu keçirən ana hamiləliyi dayandırmaqdan imtina etmişdi.
Qeyd edilir ki, ikibaşlı körpə vaxtından qabaq – hamiləliyin 33-cü həftəsində dünyaya gəlib.
Uşağın vəziyyətinin normal olduğu bildirilir.