Sükutun dilində danışanlar - VİDEO

10:45 29-09-2019 465

Onlar nə danışa, nə də eşidə bilirlər. Bu qabiliyyətlərdən məhrum olmalarına baxmayaraq, həyata inamlarını heç vaxt itirmirlər. Özlərini ifadə etmək və ünsiyyət qura bilmək üçün jest dilini öyrənirlər. 

Burada eşitmə məhdudiyyətli uşaqlarla yanaşı, bu dili könüllü öyrənən tələbələr də var. Dərsdə olduğumuz müddətdə müəllimləri onlara bu günün niyə qeyd olunduğundan danışdı. 

Hər il sentyabrın son bazar günü, yəni bu gün dünyada Eşitmə və Danışma Əngəlliləri günü kimi qeyd olunur. 

Baku TV-nin bu münasibətlə hazırladığı süjeti təqdim edirik. 
 

İlhamə Kələyeva,
Orxan Hüseynzadə