Mal-qaranı otlağa aparan qadını maşın vurub öldürdü

11:18 29-09-2019 417

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qızıltorpaq kəndində qeydə alınıb.

Kənd sakini, 1934-cü il təvəllüdlü Rəhimova Söhbət İbrahim qızı mal-qaranı otlağa aparan zaman  "VAZ" markalı avtomobil onu vurub. S.Rəhimov hadisə yerində ölüb

Faktla bağlı araşdırma aparılır.