Cəlilabadda ağır yol qəzası: ölən və yaralılar var

11:27 29-09-2019 404

Cəlilabadda ağır yol qəzası baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, yol qəzası zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.