Sabah hava necə olacaq?

13:27 29-09-2019 365

Sabah havanın dəyişkən-buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gündüz mülayim cənub-şərq  küləyi əsəcək.  

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25°  isti təşkil edəcək. Atmosfer  təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.   

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq.  Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz  12-17° isti təşkil edəcək.