De Niro elə bil dəfələrlə botoks etdirib - Skorsezenin son filmi barədə rəylər -VIDEO

16:18 29-09-2019 636

Rejissor Martin Skorsezenin Nyu-York festivalında təqdim olunmuş “İrlandiyalı” filminə tənqidçilər müsbət rəy veriblər. 

“Independent” yazır ki, 3,5 saatlıq ekran əsəri 160 milyon dollar büdcə ilə çəkilib. Filmdə Robert de Niro, Al Paçinovə Co Peşi çəkiliblər.

Skorseze qəhrəmanlarının xatirələrini ekranda canlandırmaq üçün aktyorları rəqəmsal texnologiya vasitəsilə cavanlaşdırıb. Bu səhnələr tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb: "Bu kadrlarda De Niro elə görünür, sanki, dəfələlə botoksdan istifadə edib". 

Filmdə qadınların, demək olar ki, görünməməsi jurnalistlərin xoşuna gəlməyib.

Qalan məsələlərdə fim pozitiv fikirlərə səbəb olub: film, onun rejissoru və aktyorların ünvanına müxtəlif təriflər səslənib.