Bakıda birotaqlı mənzil yandı

18:00 29-09-2019 398

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Nazirlikdən verilən xəbərə görə, yanğın səkkizinci mərtəbədəki mənzildə baş verib.

Ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə 5 kvadratmetr sahədə məişət əşyaları yanıb. 

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.