Ağstafada kürəkən qayınatasını baltaladı

21:27 29-09-2019 419

Ağstafada 57 yaşlı kişi başından baltalanıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində baş verir.

Kənd sakini, 1962-ci il təvəllüdlü Aydın Mehdiyev başından aldığı balta yarası ilə xəstəxanaya aparılıb.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, hadisə mübahisə zəminində kürəkəni tərəfindən törədilib.