Cüdo üzrə Rusiya çempionunu öldürən azərbaycanlı tutuldu

18:00 27-06-2019 782

Rusiyada Tolyatti şəhərinin 27 yaşlı sakinini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.

RİA Novosti” xəbər verir ki, tərəflər arasında münaqişə yerli kafelərin birində baş verib.

Qətlə yetirilən Rusiyanın cüdo üzrə idman ustası Yevgeni Kuşnirdir. O, bu il Samara vilayətinin cüdo çempionatında 81 kiloqram çəki dərəcədə qalibi olub.

Daha əvvəl verilən məlumata görə, qətldə şübhəli bilinən 1988-ci il təvəllüdlü azərbaycanlı hadisə yerindən qaçıb və axtarışa verilib. Hazırda o saxlanılıb.

Xatırladaq ki, iyunun 24-də “Levşa” kafesində, axşam saatlarında dörd kişi arasında kənd təsərrüfatı məhsullarına görə yaranmış borc səbəbindən münaqişə baş verib.

Nəticədə kafenin daxili həyətində Y.Kuşnirin kürək və baş nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlərlə cəsədi aşkarlanıb.

İlkin ehtimala görə, insident şəxsi münasibətlər zəminində baş verib.