Bu ərazilərdə qaz təchizatı dayandırılır

10:09 30-09-2019 413

Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi xəbər yayıb.

Qeyd edək ki, Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq. 

Bundan başqa, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.