21 yaşlı qız itkin düşdü

10:27 30-09-2019 387

Bakının Nizami rayonunda 21 yaşlı qız itkin düşüb.

HerGun.Az xəbər verir ki, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yaşayan 1998-ci il təvəllüdlü Şəms Abduləliyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun anası Səidə Abduləliyeva məlumat verib. 

Faktla bağlı araşdırma aparılır. 

Könül Cəfərli