İt öz həyatı bahasına uşaqları xilas etdi

12:36 30-09-2019 668

ABŞ-ın Florida ştatında Zevs adlı doqquz aylıq pitbul iki uşağı zəhərli ilandan xilas edərkən ölüb.

Bu barədə “CNN” məlumat yayıb.

Cina Riçardson itin 10 yaşlı oğlu Oraylın oynadığı darvazanın yanında nəyəsə hücum etdiyini görüb. Oğlan əvvəlcə bunun ip olduğunu düşünüb. Lakin it ona yaxınlaşmağa imkan verməyib.  Zevs qəfildən qarnı üstə yerə uzanıb və qalxmayıb.

Uşaq iti çevirəndə ilan görüb. Məlum olub ki, bu, iti dörd dəfə dişləyən zəhərli mərcan ilanıdır. Zevs ilanın başını dişləyib udub. İti baytara aparıb ona zəhər əleyhinə vaksin vursalar da, dərman təsir etməyib. İt bir gün sonra, Oraylın ad günündə ölüb.

Riçardson bütün ailənin kədərli olduğunu və Zevsə daim minnətdar olacağını bildirib:

“Əgər it olmasaydı, yəqin ki, övladlarımdan birini itirəcəkdim”.