Daxili İşlər nazirindən yeni - TƏYİNAT

09:45 01-10-2019 423

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

HerGun.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polkovnik-leytenant Azay Ağayev Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib. 

O, bundan öncə Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

İlhamə Əbülfət