İcazəsiz ova cəhd edənlər saxlanıldı

09:54 01-10-2019 463

Qusarda icazəsiz ov edənlər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayonun Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan beş ov tüfəngi və 32 patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.