Baş prokuror: Rafael Cəbrayılovla bağlı məsələ araşdırılacaq

10:54 01-10-2019 386

Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra şikayətlərlə bağlı məsələ müzakirə olunacaq.

HerGun.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər:

“İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz araşdırma aparacağıq”.

İlhamə Əbülfət