Yasamalda restoranda kütləvi dava: bıçaqlanan var

01:09 02-10-2019 741

Yasamal rayonunda restoranda kütləvi dava zamanı 1 nəfər bıçaq xəsarəti alıb.

Hadisə Mətbuat prospektində, “Star Hall” restoranında baş verib. Bir neçə nəfər arasında baş verən dava zamanı 1994-cü il təvəllüdlü Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu