Fransada məscid yaxınlığında atışma - İmam yaralandı

00:00 28-06-2019 1158

Bu gün Fransanın qərbində, Potanezen rayonunda məscidin yaxınlığında atışma olub. 

“Silahlı şəxs gizlənməyi bacarıb. Polis hazırda onun axtarışlarını aparır. Naməlum şəxsin saxlanılması üçün mobil polis qrupları yaradılıb”.

RİA Novosti xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Kristof Kastaner öz Twitter səhifəsində yazıb.

Atəş nəticəsində məscidin imamı və bir neçə nəfər yaralanıb.