Qobustanda 18 yaşlı gənc bıçaqlandı

04:09 02-10-2019 547

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Qobustan qəsəbəsində 18 yaşlı Nəcəfov Sənan Nadir oğlu tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu