Castin Biberlə Heyli Boldvinin toy mərasimindən - FOTO

08:09 02-10-2019 753

Amerikalı müğənni Castin Biber və rəfiqəsi Heyli Boldvin toy mərasimi keçiriblər.

Life” xəbər verir ki, cütlük rəsmi nigaha ötən il girsə də toy mərasiminin vaxtını dəfələrlə dəyişib. Müğənninin uzun sürən depressiyası buna səbəb olub.

Lakin sonda cütlük toy haqqında qərar verib və dostlarını mərasimə dəvət edib.

Toy şənliyi Cənubi Karolina ştatının Blafton şəhərində keçirilib.

Qonaqlar sırasında məşhurlar Kendal Cenner, Kamila Morrone, Ed Şiran, Keti Perri və Coan Smolls da yer alıblar.