Livan baş nazirinin modellə gizli eşqi üzə çıxdı: 16 milyonluq araşdırma

13:27 02-10-2019 755

Livanın evli Baş naziri Saad Haririnin sevgilisinin hesabına 16 milyon dollar köçürdüyü açıqlanıb.

Vesty.co.il xəbər verir ki, üç uşaq atası olan baş nazir 20 yaşlı Cənubi afrikalı model Kendis van der Merve ilə sevgili olduğu zaman 43 yaşında olub.

Vergi müfəttişləri modelin hesabına köçürülən külli miqdarda pulları nəzərə alaraq Mervenin hesabını izləməyə başlayıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, 2018-ci ilin mayında şəxsi hesabında 1,36 milyard dollar olan Saad Hariri gizli şəkildə eşq yaşadığı modelin hesabına 2013-cü ildən başlayaraq müxtəlif vaxtlarda yüksək məbləğdə pullar köçürüb.

Sevinc Yasinqızı