Rafael Cəbrayılov deputat mandatından məhrum edildi

16:18 02-10-2019 455

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

HerGun.Az-ın xəbərinə görə, iclasda qərara alınıb ki, R.Cəbrayılov deputat mandatından məhrum olunsun.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.

Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət etmişdi.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. 

Aqşin Kərimov