Uşağa Google adını verdilər, soyad vermədilər - FOTO

01:18 28-06-2019 1026

İndoneziyanın cənubunda, Bekasi vilayətində yaşayan ailə yeni doğulan körpəsinə maraqlı ad seçib. Ailə oğluna “Google” adını verib. Bu barədə Mirror məlumat yayıb.

Ailə uzun müddət Windows, iPhone, Microsoft və iOS adları arasında seçim edib. Nəhayət 27 yaşlı Ella Karin və 31 yaşlı Endi Kaxya cütlüyü uşağa soyad vermədən Google adını qoymağa qərar verib.

“Oğlumun gələcəkdə “Google” qədər faydalı və zakalı olub, insanlar üçün yaxşı işlər görəcəyinə ümid edirəm” deyə, Googlenin anası Ella Karina bildirib.

2018-ci ildə dünyaya gəlmiş uşağın adı barədə məlumat isə hələ bu günlərdə dünyaya yayılıb. Ailə uşağın adını gizlədərək, hər kəsin yanında onu sadəcə “balaca” deyə çağırıb.