ABŞ Senatı Türkiyəyə “F-35” təyyarələrinin verilməsini qadağa etdi

03:00 28-06-2019 703

ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil “F-35” təyyarələri və müvafiq texnologiyaların verilməsı qadağa edilib.

“RİA "Novosti” xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-ci əleyhinə səs verib.

Bundan sonra Senat və Nümayəndələr palatası  birgə sənət üzərində işləyib onu prezidentin imzasına təqdim edəcəklər.