Parisdə pranker Timberleyka hücum etdi – VİDEO

08:45 03-10-2019 743

Qalmaqallı ukraynalı Vitali Sedyuk növbəti dəfə xarici ulduzla “zarafatlaşıb”. Bu dəfə prankerın hədəfi müğənni Castin Timberleyk və arvadı Cessika Bill olublar.

Daily Mail” xəbər verir ki, 38 yaşlı müğənni yoldaşı ilə birlikdə Parisdə keçirilən Moda həftəsinə təşrif buyurub.

Cütlük maşından düşərkən Sedyukun hücumuna məruz qalıb. O Timberleykın ayaqından iki əlli yapışaraq onu buraxmayıb.   

Mühafizəçilər Sedyuku uzaqlaşdırandan sonra cütlük yoluna davam edib.

Qeyd edək ki, pranker Sedyuk məşhurları dolamaqla yadda qalıb. 2017-ci ildə Avrovijnda o müğənni Camala qarşısına çıxaraq lüt soyunmuşdur.