Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

03:00 17-06-2019 853

Çinin Tsyansu vilayətində dörd daşlanmış dinozavr izləri tapılıb.

RİA Novosti” xəbər verir ki, tapıntı ABŞ-Çin birgə tədqiqat qrupunun birgə işidir. 

Qrupun dediyinə görə, izlər Sinyi şəhərində dağda tapılıb və onların yaşı 100 milyon ilə yaxındır. 

Hal-hazırda tədqiqatçılar nadir tapıntıları qorumaq üçün yerli hakimiyyət orqanları ilə birlikdə çalışırlar.