Türk əsgərləri Suryada atəşə tutuldu – Rusiya attaşesi “xalçaya” çağırıldı

04:18 28-06-2019 816

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, atəş qəsdən açılıb və türk ordusu cavab zərbələr endirib.  

Hücum nəticəsində bir Türk əsgəri öldürülüb, 3 nəfəri isə yaralanıb.

Hadisə yerindən təxliyyə edildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb.

Hücumla əlaqədar olaraq Türk Silahlı Qüvvələrinin Baş Qərargahına Rusiyanın Ankaradakı ataşesi çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.