Bağdadda Bəhreynə qarşı etiraz - Krallığ səfirini geri çağıtdırdı

05:09 28-06-2019 764

Bağdadda Bəhreyn Krallığının səfirliyinə hücum edilib.

“RİA Novosti” xəbər verir ki, polis aksiyada iştirak edən 45 nəfəri saxlayıb.

Bildirilir ki, səfirliyə ABŞ-ın təşkil etdiyi Fələstin məsələsi üzrə görüşdən narazlıq edənlər hücum edib. Bəhreynin Xarici İşlər Nazirliyi İraqdakı səfirini Salah əl-Malikini geri çağırıb.

Həmin gürüşün keçirilməsindən narazı qalanlar İraqdakı Bəhreyn Krallığının səfirliyi ərazisinə daxil olaraq binanın şüşəsini qırıb, sonra isə Bəhreyn bayrağını götürərək Fələstin bayrağını asıblar.