Həyətini “çətənə meşəsi”nə döndərən Zaqatala sakini saxlanıldı

09:36 28-06-2019 714

Zaqatala sakininin istixanasından 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Ramazanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.