Rusiyada görünməz radar hazırlandı

09:54 28-06-2019 836

Rusiyada təyyarələr və kəşfiyyatçı-dronlar üçün görünməz olan “Tropa” passiv radiolokasiya stansiyası (RLS) yaradılıb.

“RİA Novosti” xəbər verir ki, bunu “OKB-Planeta” şirkətinin baş direktoru Aleksandr Petrov deyib.

Onun sözlərinə görə, RLS sınaqdan uğurla keçib:

“İdeya sadədir – teleyayım və mobil rabitə qülləsindən əks etməni istifadə etmək, yəni RLS qəbul əsasında işləyir və özü heç nə saçmır, deməli, o, görünmür və eşidilmir. Eyni zamanda, uçan aparatlar haqqında bizi maraqlandıran məlumat ala bilərik”.