“CinemaPlus”da “Joker” filminin möhtəşəm təqdimatı baş tutdu - FOTO/VİDEO

15:54 03-10-2019 620

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdandır gözlənilən “Joker” filminin təqdimatı keçirilib.

“CinemaPlus” komandasının iki aydan çoxdur hazırlaşdığı şou öz bəhrəsini verib.

Təqdimat zamanı Sehrli Güzgü, Spiner 360, filmlə bağlı maraqlı dekorasiyalar, ləzzətli yeməklər, içkilər və musiqilər qonaqları məmnun edib.

Qonaqlar səmimi ortamda əylənən zaman qəfil dörd gözlənilməyən qonaq peyda olub. Bunlar “Joker”in dörd fərqli obrazı idi. Onlar əvvəlcə qonaqları əsir götürsə də, daha sonra hər kəslə dostlaşıblar.

Qeyd edək ki, filmin rejisoru və ssenaristi Todd Fillipsdir. Baş rollarda Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları çəkilib.

“Joker”də bütün diqqətlər Xoakin Feniksın üzərindədir. Aktyor roluna hazırlaşmaq üçün möhtəşəm fiziki dəyişiklik etmək məcburiyyətində qalıb. O, xeyli çəki itirib. Bundan başqa, o, üç növ qorxulu gülüşünü təqlid etməyi də öyrənib.

Ekran işində hadisələr 1980-ci ildə baş verir. Artur Flek Qothamda yaşayır və orada çalışır. Klounun ümidləri puç olur və o, məhv etməklə psixoloji rahatlıq axtarışındadır.

Tədbirin təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Light in Black”, “Made.az”, “Nasha” dekor şirkəti, “Green Hat”, “Magic Mirror”, “Taksim Kebap” restoranı, “Black Star Burger”, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.