3x3 çempionatının iştirakçıları hansı komandalar olacaq?

16:45 03-10-2019 654

Azərbaycanda basketbolun 3x3 növü üzrə çempionat keçiriləcək. 

HerGun.Az-ın xəbərinə görə, reqlamentə əsasən, oktyabrın 10-da start götürəcək basketbol üzrə Azərbaycan Super Liqasının səkkiz komandası məcburi şəkildə bu çempionatda da iştirak edəcək.

Super Liqanın oyunçularına bu çempionatda da iştirak etməyə icazə veriləcək, yaş məhdudiyyəti qoyulmayacaq. Bundan başqa, 3x3 çempionatında komandaların sayı səkkizdən çox ola bilər. Çünki Super Liqada iştirak etməyən komandalara bu çempionatda mübarizə aparmaq hüququ da veriləcək. Çempionatın noyabrın ortalarında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Super Liqasında “Sərkərdə”, “Gəncə”, “Zirvə-Astara”, “Sıçrayış”, “80-lər”, U-20, “Atletik” və “Atom” komandaları iştirak edəcək.  

Səbuhi Musayev