Keçmiş FHN əməkdaşı məhkəmə qarşısında

17:18 03-10-2019 726

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

HerGun.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  

Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olan İ.Bağırov Qaratel Əhmədovaya qarşı dələduzluq edib. O, qadının yaxınını işə düzəldəcəyi vədini verərək ondan külli miqdarda pul alıb. Daha sonra İ.Bağırov verdiyi vədə əməl etməyib. 

Q.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.