Brilliant Dadaşova “Para-para” oxuyub, gözqamaşdırdı - VİDEO

03:27 04-10-2019 613

Xalq artisti Brilliant Dadaşovanın bir neçə ay bundan öncə Türkiyədə çəkdirdiyi “Para-para” adlı klipi işıq üzü görüb. 

HerGun.Az xəbər verir ki, ekran işi “Youtube” videohostingin “NetD” musiqi platformasında yayımlanıb.

Bəstənin sözləri sənətçinin özünə, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Dəbli görünüşü ilə klipdə gözqamaşdıran Dadaşovanın stili və imici üzərində Elnur Həsənov çalışıb. Ekran işinin rejissorluğu Erkan Nasına həvalə olunub. Klip “Youtube”a yükləndikdən sonra on bir mindən artıq izlənmə toplayıb. 

Qeyd edək ki, qardaş ölkənin bir çox media qurumları B.Dadaşovanın bu layihəsini geniş şəkildə işıqlandırıblar. Sözügedən ekran işinin Türkiyənin musiqi kanallarında da nümayiş olunacağı bildirilib. 

Rəşad Əliyev