Tramp Putinlə görüşdən əvvəl: Nədən danışacağıq? - VİDEO

11:00 28-06-2019 847

ABŞ Prezidenti Donald Tramp Yaponiyada rusiyalı həmkarı Vladimir Putinlə danşıqlara başlamazdan bir neçə dəqiqə əvvəl nümayəndə heyətindən hansı mövzuların müzakirə ediləcəyini soruşub.

RİA Novosti” xəbər verir ki, amerikalı lider görüşə birinci gəlib və V.Putini gözləyərkən öz köməkçiləri və nazirləri ilə söhbət eib.

“İndi biz silahlar üzərində nəzarət haqqında danışacağıq?”, - D.Tramp soruşub. Buna cavab olaraq onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton təsdiq mənasında başını tərpədib.

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində görüşən iki lider arasında danışıqlar saat yarım davam edib.