“Maşın şou”da növbəti qalmaqal: Aqşin Fatehlə Niyam Salaminin sözü “çəp gəldi” - VİDEO

19:36 04-10-2019 575

Ölkənin ən baxımlı telelayihəsi olan “Maşın şou”da bu gün müğənni Niyam Salami ilə meyxanaçı Aqşin Fateh arasında mübahisə olub.

HerGun.Az xəbər verir ki, meyxanaçının “Bu gecə ağır olacaq, hazırlaş!” deməsi Niyamı özündən çıxarıb.

Müğənni “Baku Tv”nin mikrofonuna danışaraq bildirib ki, mənim üçün heç nə ağır ola bilməz, iştirakçılara da demişəm ki, bu gün mənim şəklimi atın.

Müğənni həmçinin Aqşin Fatehin çox taktikalı rəqib olduğunu deyib.

Bundan sonra açıqlama verən meyxanaçı Niyamın ötən gün “Aqşin qruplaşmada ikinci adamdır” sözünə isə belə cavab verib: “Mən olduğum yerdə birinci oluram, ikinci yox”.

Daha sonra iştirakçılar şouda olan “mafiyalar” barəsində danışıblar.

Geniş reportajı təqdim edirik.

 
  Sail Ağasəlim