Hollivud aktyoru məktəbli qızlara təcavüzdə ittiham olunur - VİDEO

08:27 05-10-2019 625

ABŞ-da təcavüz mövzusunda daha bir qalmaqal səs-küyə səbəb olub. Bu dəfə aktyor Ceyms Frankoya qarşı ittihamlar səsləndirilib. Onun ifaçılıq məktəbindən olan iki tələbəyə təcavüz etdiyi iddia olunub.

“Rossiya 24” telekanalı xəbər verir ki, iddia Los-Ancelesin vilayət məhkəməsinə təqdim edilib. Bildirilib ki, Franko və həmkarları məktəbdəki mövqelərindən sui-istifadə ediblər. Onlar qızlara filmdə rol alacaqlarına söz verib, mükafat qarşılığında cinsi əlaqəyə girmələrini tələb ediblər.

Bundan əvvəl Ceyms Franko aktrisa Violet Paley tərəfindən təcavüzdə ittiham olunub. Bildirilib ki, Franko ondan üzr istəyib. Hətta “Qızıl Qlobus” mükafat mərasimində təcavüz və şiddət qurbanları ilə həmrəylik şüarına qoşulub.

Rəşad Əliyev