Bakı Dövlət Universitetində yeni - TƏYİNATLAR

12:45 05-10-2019 442

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Bu barədə HerGun.Az-a Bakı Dövlət Universitetindən məlumat verilib. 

Qeyd edilib ki, Şahin Məhəmməd oğlu Pənahov Univeristetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

Xarici tələbələrlə iş üzrə dekan vəzifəsində çalışan Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz istəyi ilə tutduğu vəzifəsindən azad edilib.

Bundan başqa, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyinat aıb.

Könül Cəfərli