Narkotacir “Seyid” ələ keçdi - FOTO

13:09 05-10-2019 565

Hacıqabulda narkotacir tutulub. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Zakir Qəhrəmanov saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Dindirilmə zamanı Z.Qəhrəmanov narkotik vasitəni “Seyid” ləqəbi ilə tanınan şəxsdən 50 manata aldığını bildirib. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxsin rayonun Rəncbər kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Mirhəmid Mehdiyev olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilən M.Mehdiyevin əlindəki sellofan torbadan bir ədəd şüşə və bir ədəd plastik qabda qurudulmuş marixuana, üzərinə keçirilən baxış zamanı isə iki ədəd bükümdə heroin və üç ədəd bükümdə marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.