Zelenski Ukrayna paytaxtını köçürmək istəyir

13:45 28-06-2019 1163

Ukrayna Prezidenti Administrasiyasının əməkdaşları ölkə paytaxtını başqa şəhərə köçürməyi təklif ediblər.

112 Ukrayna” xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Vadim Rabinoviç deyib.

“Bu gün Prezident Administrasiyası dahiyanə təklif verib. Hərçənd zarafatlar nə vaxtsa başa çatmalıdır – Ukrayna paytaxtını digər yerə köçürmək lazımdır”, - o, təklifə kinayə ilə yanaşıb.

V.Rabinoviç qeyd edib ki, bu, V.Zelenskinin partiyasının rəsmi bəyanatıdır. Bununla belə, o, mövcud vəziyyəti “lətifə” adlandırıb.