Gəncədə 14 yaşlı oğlan bıçaqlandı

13:36 05-10-2019 522

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Kolxoz Bazarı” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü İbrahimov Elsun Zaur oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yeniyetmə ətrafdakı insanların yardımı ilə Gəncədə yerləşən xəstəxabalardan birinə gətirilib və əməliyyat edilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanıb.

Nazir Quliyev