Bakıda qadın digər qadının pulunu oğurladı

13:54 05-10-2019 414

Oğurluqda şübhəli bilinən paytaxt sakini S.Rəşidova saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Əmircanovanın içərisində 240 manat və mobil telefon olan pulqabını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Rəşidova saxlanılıb.